Kəbədən Osmanlı türk izləri siliniyor

2009-12-07 18:11:00
Kəbədən Osmanlı türk izləri siliniyor
Kəbədən türk izləri silinir

Osmanlı dönəmində Kəbənin ətrafında tikilən minarələr söküləcək. Ehtiram əlaməti olaraq Kəbədən hündür tikilməmiş 500-ə qədər minarə Qurban bayramından sonra həyata keçirilməyə başlanılacaq layihə çərçivəsində uçurulacaq.

Söküntü işləri gələn ilin yanvarında başa çatmalıdır. Yəni 2010-cu ilin yanvarında Osmanlıdan miras qalan bu abidələr yox olacaq və yerlərində 55 mərtəbəli binalar tikiləcək.

Xatırladaq ki, bundan əvvəl Osmanlının tikdirdiyi Ecyad qalası və bir qışlaq uçurulub, yerində hündür binalar tikilib. Rotterdam İslam Universitetinin professoru Əhməd Akgündüz deyib ki, islam aləmində Səudiyyə Ərəbistanı və Misirdəki kiçik hakim elitanın Türkiyəyə münasibətində problem var, bu, həmin ölkələrin xalqlarından qaynaqlanmır.

O qeyd edib ki, bu günbəzlər həm də tarixi əsərlərdir: “Bu günbəzlərin planını memar Sinan hazırlayıb. Sultan Süleyman Qanuninin əmrilə onun hazırladığı plan 1590-cı ildə memar Mehmet Ağa tərəfindən həyata keçirilib. Türkiyə Xarici İşlər Nazirliyinin məsələyə reaksiya verəcəyinə əminəm, ancaq bu reaksiyanın nə dərəcədə təsirli olacağını bilmirəm”.

Ümumiyyətlə, Kəbə ətrafında aparılmaqda olan nəhəng tikinti işləri Məkkə şəhərinin simasını tamamilə dəyişəcək. Səudiyyə Ərəbistanı hakimiyyətinin təsdiqlədiyi plana görə, Kəbə ətrafında 35 mehmanxana, ticarət mərkəzləri, restoranlar, eyni zamanda 65 min insanın eyni anda namaz qıla biləcəyi məscid tikilməlidir. Layihənin dəyəri 4 milyard dollardan çoxdur.



5
0
0
Yorum Yaz